AW3D Building - ən son şəkillərə əsaslanan, bütün binaların forma və hündürlüyü olan 3D xəritədir. Bina məlumat bazasına əmlakın forması və bina sahəsi daxildir. Bu məlumatlar müxtəlif məqsədlər üçün istifadə edilə bilər - şəhərsalma və planlaşdırma, mediada görüntüləmə və s.

3D xəritə yaratmaq üçün müassir texnologiyalardan istifadə
Texnologiyanın inkişafı binalar haqqında üç ölçülü məlumatların peyk şəklindən "sürətlə" çıxarılmasına imkan verir. Bu texnologiyadan istifadə edərək yer üzərində hər hansı bir ərazi üçün quruluşların 3D xəritəsini yaratmaq mümkündür.
Müxtəlif istiqamətlər tədbiq olunan məhsul
AW3D Building- məlumatları müxtəlif hadisələri görüntüləmək üçün istifadə edilə bilər. Məsələn, radio dalğalarının yayılmasını modelləşdirərkən, dalğaların tutma zonalarını analiz edərkən (Görmə Xətti) və s. AW3D Building ilə işləyərkən hər hansı bir binaya 360 dərəcə görünüşdə baxa bilərsiniz. AW3D Building məlumatları bütün məşhur GİS proqramları ilə uyğundur.
